Sarkozi mühakimə olunacaq

Dünya

19.06.2019 - 20:54

Fransanın keçmiş Prezidenti Nikola Sarkozi rüşvət skandalında adı hallandığı üçün məhkəməyə çıxarılacaq.

 

Ölkənin Apellyasiya Məhkəməsi keçmiş Prezidentin rüşvət qalmaqalında adı hallandığı üçün məhkəməyə çıxarılmasına qərar verib.

 

Sarkozi 2007-ci ildə seçki təbliğatı ərərfəsində “L'Oreal”ın varisi olaraq tanınan Lilian Bettankurdan qeyri-qanuni pul almaqla ittiham olunur.

 

Beləliklə, Fransa Respublikasında ilk dəfə ölkə Prezidenti olmuş şəxs rüşvət iddiası ilə məhkəməyə çıxarılacaq.

Müəllif: Ayna.az