Britaniyadan İrana qarşı kritik həmlə

Dünya

29.07.2019 - 11:06

 

Böyük Britaniya ilə İran arasındakı gərginlik davam edərkən, dünən gecə İngiltərədən çox kritik bir həmlə gəlib. Belə ki, Birləşmiş Krallığın Kral Donanmasına aid "HMS Duncan" adlı gəminin Hörmüz körfəzinə çatdığı açıqlanıb.

 

Birləşmiş Krallığın Kral Donanmasından verilən açıqlamada "HMS Duncan"ın ingilis bayraqlı gəmilərin Hörmüz körfəzindən etibarlı şəkildə keçidini müşayiət etmək üçün bölgədə olduğu bildirib. 

 

Açıqlamada, "Gəzişmə azadlığı qlobal ticarət sistemi və dünya iqtisadiyyatı üçün çox əhəmiyyətlidir və hökumət bunu qorumaq üçün əlindən gələni etməyə öhdəlik götürüb. Kral donanmasının gəmisi ingilis bayraqlı gəmilərin Hörmüz boğazından etibarlı keçidini müşayiət etmək üçün körfəzə göndərilib. Gəmi bölgədə avqustun sonuna kimi "HMS Montrose" gəmisini müşayiət edəcək" - deyə bildirilib.

 

Açıqlamada, həmçinin Böyük Britaniyanın "HMS Kent" adlı digər bir döyüş gəmisinin bu il sonunda Hörmüz körfəzində "HMS Duncan"ı əvəz edəcəyi qeyd edilib.

 

Qeyd edək ki, iyulun 4-də Suriyaya qarşı embarqolara xələl gətirdiyi səbəbilə İran tankeri "Grace 1" Böyük Britaniya tərəfindən saxlanılmışdı. İran rəsmiləri tankerin buraxılmasını, əks halda cəzalandırıcı addımlar atacaqlarını açıqlamışdı. 

Müəllif: Ayna.az