Ukrayna və Aİ müdafiə əməkdaşlığı müqavilələri imzalayıblar

Dünya

15.07.2026 - 18:54

"Ukrayna müdafiə şirkətləri Aİ proqramlarına və ümumilikdə 300 milyon avro dəyərində qrant maliyyələşdirməsinə çıxış əldə edəcəklər"

Ukrayna şirkətlərinin Avropa İttifaqı (Aİ) müdafiə proqramlarına çıxışı və 300 milyon avroluq yeni qrant haqqında Aİ ilə iki müqavilə imzalayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna müdafiə naziri vəzifəsini icra edən Mixaylo Fedorov deyib.

O “Telegram”da yazıb: "Ukrayna müdafiə şirkətləri Aİ proqramlarına və ümumilikdə 300 milyon avro dəyərində qrant maliyyələşdirməsinə çıxış əldə edəcəklər".

Fedorov qeyd edib ki, bu məbləğin 260 milyon avrosu Ukraynanın istehsal gücünü genişləndirmək üçün istifadə olunacaq.

O qrant maliyyələşdirməsinin şirkətlərin xərclərinin 100%-ə qədərini ödəyə biləcəyini söyləyib. O əlavə edib ki, birinci müqaviləyə əsasən, Ukrayna və Aİ yeni müdafiə texnologiyaları inkişaf etdirə biləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş