Tələfat və ya dağıntı barədə məlumat verilməyib
Rumıniyanın cənub-şərqindəki Vransea qraflığındakı Vransea seysmik zonasında 5,3 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri Nereju kommunasından 13 km aralıda olub. Episentr 140 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.