Kanada Ukraynaya silah təchizatı üçün əlavə 31,5 milyon dollar ayırıb

Dünya

18.11.2026 - 17:46

Kanada hakimiyyəti həmçinin Kiyevə yerli istehsal olan 1,6 milyon patron verəcək

Kanada Ukraynaya silah təchizatı üçün əlavə 31,5 milyon dollar ayırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Kanada hökumətinin veb saytında dərc edilmiş açıqlamada qeyd edilib.

Məlumatda Çexiyanın Ukrayna Silahlı Qüvvələrinə sursat təchizatı təşəbbüsünün bir hissəsi olaraq 45 milyon Kanada dolları (təxminən 31,5 milyon dollar) ayrılacağı bildirilib.

Bundan əlavə, Kanada hakimiyyəti Kiyevə yerli istehsal olan 1,6 milyon patron verəcək. MX-15D hədəf toplama sistemlərinin alınması üçün 80 milyon Kanada dolları (55,9 milyon dollar) ayrılacaq.

Bu, Kanadanın 2022-ci ilin fevral ayından bəri Kiyevə silah təchizatı üçün ayırdığı vəsaitin ümumi məbləğini 5,9 milyard dollardan artıq edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş