Dənizdə batanların meyiti tapıldı: <font color=red> Üç cəsəd</font>

Hadisə

25.07.2019 - 22:11

Cəsəd ailələrinə təhvil verilib

 

Dünən Neftçala rayonunun Yeniqışlaq kəndi ərazisində boğulan 3 nəfərin hamısının cəsədi tapılaraq aidiyyatı üzrə təhvil verilib. AYNA virtualaz.org-a istinadən xəbər verir ki, suda batmış üçüncü şəxsin də cəsədi əvvəlki iki cəsədin tapıldığı yerdə aşkarlanıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Müəllif: Ayna.az