İyunun 7-də Binəqədi rayonunda baş vermiş qətlllə bağlı görüntü yayılıb
Bakıda kriminal avtoritet Mübariz Budaqlını qətlə yetirən şəxslərin saxlanılma anının görüntüləri yayılıb. AYNA oxu.az-a istinadən xəbər verir ki, video “Instagram” sosial şəbəkəsində paylaşılıb.
Xatırladaq ki, iyunun 7-də Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında, 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.
Qətli törədən T.Cəlalov və S.Hüseynov 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.