Şirvanda avtomobil qəzası - <font color=red> YARALI VAR</font>

Hadisə

12.07.2019 - 06:11

Şirvanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Şirvanda avtomobil qəzası baş verib. AYNA report.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

 

Belə ki, “Hundai” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toquşması nəticəsində Şirvan şəhər sakini, 1963-cü il təvəllüdlü Əliyev Şahin Zakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ayna.az