Qəza nəticəsində 6 nəfər xəsarət alıb
Qaradağ rayonunda marşrut avtobusunun iştirakı ilə qəza baş verib.
AYNA xəbər verir ki, Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.
Səhiyyə Nazirliyindən bildirilib ki, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
28, 34, 43, 51 yaşlı kişilər və 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 17 yaşlı oğlana isə yerindəcə yardım edilib.