Faktla bağlı cinayət işi başlanıb
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. DİN mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, sentyabrın 25-i saat 21 radələrində Sumqayıt Şəhər Polis İdaərisinin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.