Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə

20.08.2019 - 00:37

Sıxılı vəziyyətdə qalan 3 nəfər çıxarılıb

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda "BMW" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

 

AYNA xəbər verir ki, Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az