Taliban 11 polisi öldürüb

Hadisə

28.08.2019 - 06:39

Bir sıra hücumlar həyata keçirilib

 

"Taliban" radikal silahlıları ilə döyüşdə azı 11 Əfqanıstan polisi öldürülüb. AYNA "Qafqazinfo" istinadən xəbər verir ki, eyni sayda da insanın yaralandığı bildirilir.

 

Toqquşma Cəvzcan əyalətində baş verib. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, Taliban bir neçə keçid məntəqəsinə bir sıra hücumlar həyata keçirib.

 

Qarşı tərəfdən isə üç təcavüzkar öldürülüb, daha üç nəfər yaralanıb.

Müəllif: Ayna.az