Bakıda qonşular arasında dava: <font color=red> 2 nəfər bıçaqlandı</font>

Hadisə

24.09.2019 - 06:50

Yaralılar xəstəxanaya çatdırılıb

 

Bakıda qonşular arasında dava olub.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.

 

Belə ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Bağırov Zəki Vaqif oğlu və 1980-ci il təvəllüdlü Muradov Ədalət Məhəbbət oğlu bıçaqlanıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlara kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az