Hazırda cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir
Sentyabrın 21-i saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Deqadi kəndi yaxınlığında əməliyyat keçirilib.
DSX-nın Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində, ərazidə gizlədilmiş 1 ədəd bağlama aşkar olunaraq götürülüb. Baxış zamanı bağlamada, ümumi çəkisi 5 kq 95 qram olan tiryək olması müəyyən edilib.
Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.