Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Kürdəmir rayonunda 1 nəfər dəmir konstruksiyalardan ibarət qurğunun üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.