Bakıda ağır qəza: <font color=red> yaralılar var</font>

Hadisə

12.10.2019 - 02:42

Paytaxtda 2 avtomobil toqquşub 

 

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, "Mercedes" markalı avtomobil sürət həddini aşaraq, "VAZ-2107" markalı avtomobillə toqquşub. Hadisə zamanı Şəbiyeva Əsma Aydın qızı (2 yaş), Şəbiyev Hüseynəli Aydın oğlu (6 yaş), Eyvazlı Məsumə Hüseyn qızı (4 yaş) habelə azyaşlıların anası Şəbiyeva Ülviyyə Yaşar qızı (1992-ci il təvəllüdlü) və azyaşlıların nənəsi Əbdülkərimova Şəhla Hacı qızı (1969-cu il) xəsarət alıblar.

 

Müəllif: Ayna.az