Hermeskeil şəhərində 34 yaşlı azərbaycanlı intihara cəhd edib
Almaniyada özünü yandıran azərbaycanlının kimliyi müəyyən olunub. İnteqrasiya Mərkəzindən AYNA-ya verilən məlumata görə, həmin şəxs Emil Bağırovdur.
Qeyd edək ki, Almaniyanın Hermeskeil şəhərində 34 yaşlı azərbaycanlı intihara cəhd edib. O, mübahisə zəmnində üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb.