Ölənlərin hər ikisi qadındır və onlardan birinin şəxsiyyəti məlum olub
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA APA-ya istinadən xəbər verir ki, qəza gecə saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomagistralda qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır və onlardan birinin şəxsiyyəti məlum olub, o, Aybəniz Əmirovadır.
Yaralılar isə 1971-ci il təvəllüdlü Əmirov Elçin Seyid oğlu və onun qardaşı, 1974-cü il Əmirov Məhəmməd Seyid oğlu və 1961-ci il təvəllüdlü Şaban Abramovdur. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Səhiyyə Nazirliyindən isə AYNA-ya bildirilib ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində gecə saatlarında baş vermiş qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, müxtəlif dərəcəli bədən xəsarətləri almış 7 nəfər isə Sumqayıt xəstəxanasına çatdırılıb.
Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.