Yardımlıda fövqəladə hadisə baş verib

Hadisə

22.07.2019 - 18:43

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Yardımlı rayonunda “ВАЗ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az