Bakıda “Range Rover”in sürücü belə qəza törədib – <font color=red> VİDEO</font>

Hadisə

23.08.2019 - 12:15

Zərbənin gücündən parkın ətrafına çəkilmiş dəmir hasar dağılıb

 

Bakıda baş vermiş ağır qəza anı kameraya düşüb. Belə ki, 10 DA 002 dövlət nömrə nişanlı, "Range Rover" markalı avtomobil sürətlə hərəkət etdiyi zaman idarəetməni itirərək parka girib.

 

Zərbənin gücündən parkın ətrafına çəkilmiş dəmir hasar dağılıb. İşıq dirəyinə çırpılan avtomobil onu aşırıb. Ətrafı toz-duman bürüyüb.

 

Qeyd edək ki, qəza iyulun 25-də baş verib, görüntüsü isə bu gün yayılıb.

 

AYNA avtosfer.az-a istinadən həmin görüntünü təqdim edir:

 

Müəllif: Ayna.az