“Azəriqaz”ın xəttini dağıdıblar

Hadisə

23.10.2019 - 11:27

Hazırda 80 abonentin qaz təminatı dayandırılıb

 

Xaçmaz rayonunun Bəyqışlaq kəndini qazla təmin edən, diametri 108 mm olan qaz xətti gecə saatlarında avtomobil qəzası zamanı yararsız hala düşüb. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətindən məlumat verilib.

 

Hazırda 80 abonentin qaz təminatı dayandırılıb. “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, yaxın saatlarda bərpa işlərinə start veriləcək.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə