Hər iki avtomobilin sürücüləri ölüb
Çilinin Calama-San Pedro de Atacama yolunun 76-cı kilometrliyində yol hadisəsi baş verib. Yanacaq daşıyan avtomobil qəza törədib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobil hərəkəti zamanı sürücü idarəetməni itirib və qarşıdan gələn yük avtomobilinə çırpılıb. Nəticədə yanacaq daşıyan avtomobil aşıb.
Toqquşma nəticəsində avtomobil partlayıb. Nəticədə hər iki avtomobilin sürücüləri ölüb. Hadisə digər avtomobil sürücüsü tərəfindən qeydə alınıb.