Bakıda peyda olan “əjdaha” tıxac yaradıb

Hadisə

25.10.2019 - 10:32

Sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb

 

Babək prospekti (maşın bazarının qarşısında) tıxac yaranıb. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

 

Onun sözlərinə görə, sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.

 

Hazırda Babək prospekti şəhər istiqamətibdə sıxlıq müşahidə edilir. Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var.

Müəllif: Ayna.az