Aeroport yolunda ağır qəza: <font color=red> 4 yaralı</font>

Hadisə

20.08.2019 - 08:21

 Vəziyyətləri orta-ağır qiymətləndirilir

 

Bakıda Hava limanı yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. AYNA “Report”-a istinadən bildirir ki, "Buta Palace"nin yanında "BMV X5" markalı avtomobilin "VAZ-2104"ə çırpılması nəticəsində 4 nəfər yaralanıb.

 

Bunlar 1987-ci təvəllüdlü Nurullayev Ceyhun Təvəkkül oğlu, 1996-cı il təvəllüdlü Gözəlov Yavər Mehman oğlu, 1993-cü təvəllüdlü Əliyev Coşqun Vəli oğlu və 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlufur. Yaralıların hamısı "VAZ-2104"də olanlardır. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə