“Sədərək”də qadınlar arasında dava: <font color=red> xəsarət alan var</font>

Hadisə

15.10.2019 - 04:32

Ticarət mərkəzində qadınlar arasında dava düşüb 

 

Qaradağ rayonunda xuliqanlıq zəminində dava zamanı bir nəfər xəsarət alıb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində baş verib.

 

Belə ki, 1992-ci il təvəllüdlü Gözəlova Elnarə Nurəddin qızı Nigar adlı şəxs tərəfindən döyülüb.

 

E.Gözəlova xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları istintaq axtarış tədbirlərinə başlayıb.

 

Müəllif: Ayna.az