Məktəbliləri daşıyan avtomobil qəzaya uğrayıb, 8 nəfər ölüb

Hadisə

07.09.2019 - 03:46

Yaralılardan beşinin vəziyyətinin ağır olduğu bildirilir

 

Pakistanın Pəncab əyalətinin Naroval şəhərində məktəblilərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, meydana gəlmiş qəza çınqıl daşı yüklənmiş yük maşınının məktəbliləri daşıyan nəqliyyat vasitəsinin üzərinə aşması nəticəsində meydana gəlib. 

 

Baş vermiş qəzada avtomobildəki 15 məktəblidən yeddisi, həmçinin avtomobilin sürücüsü həyatını itirib.

 

Səkkiz uşaq isə yaralanıb. Yaralılardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Qeyd edək ki, avtomobildəki uşaqların yaşları 7-14 arasında dəyişir. 

Müəllif: Ayna.az