Göygöldə yol qəzası: <font color=red> ölən və yaralananlar var</font>

Hadisə

15.11.2019 - 20:25

Yaralılar xəstəxanaya yerləşdirilib

 

Göygöl rayonunda yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Zurnaabad kəndində qeydə alınıb. 

 

Belə ki, "Niva" markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Göygöl rayon sakini, 1996-cı il təvəllüdlü Gülnür Fazil qızı Qocayeva hadisə yerində ölüb. Avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Elnur Fazil oğlu Qocayev və daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə