Bakıda qatar taksini vurub, ağır yaralananlar var

Hadisə

29.07.2019 - 14:20

Yaralıların vəziyyəti ağırdır

 

Zirə Qəsəbəsində (Qala yolunda) qatar taksini vurub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ilkin məlumata görə qəza nəticəsində 4 nəfər xəsarət alıb.

 

"Təcili Tibbi Yardıma çağırış 12.44-də gəlib. Hadisə yerinə 5 biriqada cəlb olunub. Yaralananların vəziyyəti ağırdır. Onlardan biri, 22 yaşlı qıza qapalı kəllə beyin travması və yuxarı ətrafların sınığı diaqnozu qoyulub. Digər yaralıya, 20 yaşlı oğlana da qapalı kəllə beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olan yaralı 3 saylı  Şəhər Kliniki Xəstəxanaya aparılıb", - deyə Nazirliyin məlumatında qeyd olunub.

 

Əlavə edilib ki, digər yaralılara - 38 yaşlı kişiyə sol qolun sıyrılmış yarası, 33 yaşlı digər kişiyə isə sol çiynin və sol baldırın travması diaqnozları qoyulub: "Hər iki yaralıya hadisə yerindəcə yardım edilib. Yaralılar hospitalizasiyadan imtina ediblər".

Müəllif: Ayna.az