Yük maşını dərəyə aşdı: beş nəfər öldü

Hadisə

28.07.2019 - 01:42

Ölənlərdən ikisi yeniyetmədir

 

Gürcüstanın Tuşeti dağlıq rayonunda “Kamaz” markalı yük maşınının dərəyə aşması nəticəsində 5 nəfər ölüb. AYNA “Report”-a istinadən xəbər verir ki, onlardan ikisi yeniyetmədir.

 

Xəsarət alan üç nəfər helikopterlə Telavi xəstəxanasına çatdırılıb.

 

Yayılan digər məlumatlara əsasən, qəzada 7 nəfər ölüb.

 

Nəqliyyat vasitəsində 13 nəfər olub, onlardan 5-i qəza zamanı maşından çıxa bilib.

 

Gürcüstan Daxili İşlər Nazirliyindən qəzaya uğrayan avtomobilin sərnişin mikroavtobusu olduğu bildirilib.

Müəllif: Ayna.az