Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi

Hadisə

26.11.2019 - 09:30

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər

 

Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

 

Səhiyyə Nazirliyindən AYNA-ya verilən məlumata görə, tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər. 

 

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. 

 

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayədə qaldıqları Qara Qarayev pr. 76, mənzil 28 ünvanında baş verib.

 

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.

 

Müəllif: Ayna.az