Hadisə yerinə FHN əməkdaşları cəlb olunub
Cəlilabad rayonunun Cəfərxanlı kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 320 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.