Bakıda yol çökdü - <font color=red> FOTO</font>

Hadisə

28.09.2019 - 17:01

Binəqədi-Novxanı avtomobil yolunda "Azərsu" ASC-ə məxsus su borusunda qəza baş verib. Nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilir ki, ərazi dərhal AAYDA-nin Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb. 

 

Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.

 

Müəllif: Ayna.az