Batumidə istirahət edən azərbaycanlılar bıçaqlanıblar

Hadisə

31.07.2019 - 12:37

Hadisənin mübahisə zəminində baş verdiyi deyilir

 

Gürcüstanın Batumi şəhərində Azərbaycan vətəndaşları olan 3 gənc bıçaqlanıb. AYNA xəbər verir ki, bu barədə Gürcüstan mətbuatında məlumat yayılıb.

 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti stabil, birinin vəziyyəti isə nisbətən ağır olub. Vəziyyətləri stabil olanlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar, digəri isə xəstəxanda saxlanılır.

 

Hadisənin mübahisə zəminində baş verdiyi deyilir. Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: Ayna.az