Bakıda yolun ortasına çıxan polisi maşın vurdu – <font color=red> VİDEO</font>

Hadisə

26.08.2019 - 13:56

Həkimlər Klinikalar SEO Xidməti

DYP əməkdaşı çox ağır durumda xəstəxanaya aparılıb

 

Bu gün günorta saatlarında Bakıda Dövlət Yol Polisinin (DYP) əməkdaşını avtomobil vurub. AYNA xəbər verir ki, bu barədə hadisənin şahidlərindən olan Vüsal Məmmədov adlı vətəndaş sosial şəbəkədə məlumat və hadisədən sonrakı anların videogörüntüsünü paylaşıb.

“Bir neçə dəqiqə öncə (paylaşım 13.00-da edilib – red.) DYP əməkdaşını, icazə verilməyən yerdə yolu keçərkən maşın vurdu. Polis əməkdaşı çox ağır durumda xəstəxanaya aparıldı. Hər iki istiqamətdə 4 zolaqlı yoldur. Üstəlik sürət həddi yüksəkdir. Polisin orda nə işi vardı? İndi bu hadisəyə görə bu sürücümü günahkardır?”, - deyə vətəndaş yazıb.

 

O, qeyd edib ki, hadisə Ziya Bünyadov prospektində, sürət həddi saatda 90 km olan yerdə baş verib.

Ayna.az