Sumqayıtda içində toy mərasimi keçirilən şadlıq evi yanır

Hadisə

24.08.2019 - 22:01

Bu barədə teleaparıcı Rəhman Rəsul məlumat yayıb

 

Sumqayıt şəhərində yerləşən "Nur" şadlıq sarayında yanğın baş verib. AYNA xəbər verir ki, yanğının baş verdiyi "Nur" şadlıq sarayı Sumqayıt şəhərinin 17-ci mikrorayon adlanan ərazisində yerləşir. Bu barədə teleaparıcı Rəhman Rəsul məlumat yayıb. Teleaparıcı özünün sosial şəbəkə hesabında hadisə yerindən canlı yayım açaraq məlumatı izləyicilərə görüntülü çatdırıb. 

 

Sosial şəbəkələrdə yayılan məlumatlara görə yanğın baş verdiyi zaman şadlıq sarayında toy mərasimi keçirilirmiş. Hadisə yerindən rəsmi və ətraflı məlumat hələ ki, yoxdur. 

Müəllif: Ayna.az