Qırx il əvvəl törətdiyi cinayətə görə həbs edildi - <font color=red> FOTO</font>

Hadisə

24.10.2019 - 12:24

Cinayət hadisəsi 1980-ci ilin 22 sentyabrında baş verib

 

Amerika Birləşmiş Ştatlarında maraqlı hadisə baş verib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Valter Ceyms Mason adlı 86 yaşlı şəxs 40 il əvvəl baş verən cinayət hadisəsinə görə məsuliyyətə cəlb olunub.

 

Belə ki, 1980-ci ilin 22 sentyabrında Aydaho ştatında cinayət hadisəsi baş verir. Hadisə nəticəsində bir nəfər ölür, bir nəfər isə ağır yaralanır.

 

FBİ-nın siyahısında əsas şübhəlilərdən sayılan Mason cinayətdən boyun qaçırmağı bacarır.

 

Lakin 40 il sonra şübhəli barmaq izləri sayəsində həbs olunub.

 

Səlahiyyətlilər Masonun xüsusi həbsxana kamerasında olacağını açıqlayıblar.

40 yıl sonra tutuklandı!

Müəllif: Ayna.az