Bakıda 2 sərnişin avtobusu toqquşub, yaralılar var

Hadisə

05.11.2019 - 10:59

Ümumilikdə 8 nəfər xəstəxanaya yerləşdirilib

 

Ötən gecə saat 22:20-də, Nizami rayonu, 8-ci kilometr bazarının yanında, iki marşrut avtobusunun toqquşması barədə Təcili Tibbi Yardıma məlumat daxil olub.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə 5 briqada yollanıb. Ümumilikdə 8 nəfər xəstəxanaya yerləşdirilib.

 

Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM), digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

 

3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımi tibbi yardım göstərildikdən sonra, onlar ambulator müalicəyə buraxılıblar.

 

Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Müəllif: Ayna.az