Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, avtomobilə və obyektə ziyan dəyib
Bakıda baş verən növbəti qəza anı kameraya düşüb. Belə ki, sutkanın qaranlıq vaxtında idarəetməni itirən avtomobil yolun kənarındakı çayxanaya girib.
Müştərilər oturduqları yerdə qəfildən üstlərinə maşın gəldiyini görüb təşvişə düşüblər.
Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, həm avtomobilə, həm də obyektə ziyan dəyib.
AYNA avtosfer.az-a istinadən həmin görüntüləri təqdim edir: