Salyanda ağır qəza: <font color=red> 1 ölü, 2 yaralı</font>

Hadisə

08.11.2019 - 22:40

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

 

Hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində baş verib. AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin - 58 yaşlı Musa Rəşid oğlu Musayev hadisə yerində ölüb. 


Avtomobilin sürücüsü və sərnişin, Salyan sakini Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə