Estoniya XİN başçısı Bakıdadır

Xəbərlər

27.11.2026 - 10:47

Marqus Tsaxna Azərbaycana səfər edib

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Azərbaycana səfərə gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, bu gün Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı keçiriləcək.

“Bu, iki ölkə arasında əlaqələrin inkişafını əks etdirən mühüm mərhələdir. Müxtəlif istiqamətlər üzrə əməkdaşlığımızın dərinləşdirilməsini, regional və Avropa təhlükəsizliyinin gücləndirilməsini müzakirə etmək üçün Prezident İlham Əliyev və həmkarım, xarici işlər naziri Ceyhun Bayramovla görüşləri səbirsizliklə gözləyirəm”, – deyə Tsaxkna qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş