"Layihə bu suallara cavab vermək üçün Venesiya Komissiyasına göndəriləcək və görəcəyik nə deyəcəklər"
Ermənistan hökuməti tərəfindən təqdim edilən yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək.
AYNA.AZ-ın “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə yeni Konstitusiyada təsbit edilmiş bir neçə müddəanın Ermənistanın Avropa Birliyinə üzvlüyünə mane olması ilə bağlı müxalifətin şərhlərinə cavabında deyib.
"Layihə bu suallara cavab vermək üçün Venesiya Komissiyasına göndəriləcək və görəcəyik nə deyəcəklər", - deyə Paşinyan bildirib.
Ermənistan hökuməti artıq geniş ictimai müzakirələrə səbəb olan yeni Konstitusiya layihəsini 23 noyabrda dərc edib. Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan millət vəkili Arusyak Manavazyan bildirib ki, Konstitusiya layihəsi ilə bağlı müzakirələr 2027-ci ilin yazına qədər davam edəcək.
Baş nazir Nikol Paşinyan isə bildirib ki, Konstitusiya layihəsi müzakirələrə əsasən yekunlaşdırılacaq, lakin o, “Real Ermənistan” ideologiyasının məntiqindən kənara çıxa bilməz.