Tramp Avropadakı ABŞ qoşunlarının azaldılması ilə bağlı qərarı təxirə sala bilər

Dünya

26.11.2026 - 14:22

ABŞ-NATO münasibətləri son həftələrdə Alyansın müdafiə xərclərini artırmaq istəyi səbəbindən yaxşılaşıb

ABŞ-ın NATO müttəfiqləri Vaşinqtonun Avropadakı Amerika qoşunlarının sayının dekabrın əvvəlindən azaldılması qərarını daha gec tarixə təxirə salacağını gözləyirlər .

AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Şimali Atlantika Alyansının üzvləri ABŞ-ın bu məsələ ilə bağlı qərarı dekabrın sonlarında və ya 2027-ci ilin əvvəlində verə biləcəyini düşünürlər.

Agentliyin mənbələri bunu Tramp administrasiyasının Ukrayna münaqişəsinin həllinə diqqət yetirməsi ilə əsaslandırıblar.

Bundan əlavə, “Bloomberg” mənbələrinə görə, ABŞ-NATO münasibətləri son həftələrdə Alyansın müdafiə xərclərini artırmaq istəyi səbəbindən yaxşılaşıb. Agentlik yazıb ki, Yaxın Şərqdəki müharibə fonunda Vaşinqtonun Avropada da bazalara ehtiyacı var.

Sentyabrın ortalarında “NBC News” mənbələrə istinadən Avropadakı Amerika kontingentinin ən azı 25 min nəfər azaldıla biləcəyini və Avropa ölkələrindəki bazalardakı ABŞ qoşunlarının sayının sonda yarıya endirilərək 40 min nəfərə endiriləcəyi istisna edilmədiyi xəbərini yaydı. Noyabr ayında “Bloomberg” ixtisarların daha az geniş ola biləcəyini və Amerika qoşunlarının sayının təxminən 5 min nəfər azaldıla biləcəyini qeyd etdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş