Ölümcül xəstəliyin çarəsi tapıldı

Dünya

13.08.2019 - 21:58

Bu gündən etibarən həmin dərmanlar bütün ebola xəstələrinin müalicəsində istifadə ediləcək

 

Afrikada minlərlə insanın ölümünə səbəb olan Ebola virusunun dərmanı tapılıb.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, alimlər iki dərmanla xəstəliyi məhv etmək üçün təcrübə aparıblar.

 

Alimlər müsbət nəticələr əldə ediblər və açıqlama veriblər ki, ebolanın tezliklə qarşısını almaq mümkün olacaq.

 

Eyni zamanda xəstəliyi müalicə edə biləcəklər. Bu əminliyə səbəb isə alimlərin  Afrika ölkəsi Konqo Demokratik Respublikasında bəzi xəstələr üzərində dərmanlar sınaqdan keçirməsidir. Belə ki, alimlərin tətbiq etdikləri müalicə zamanı virusa yoluxmuş insanların 90 faizdən çoxunun erkən müalicə nəticəsində sağ qaldığı məlum olub.

 

Qeyd edək ki, bu gündən etibarən həmin dərmanlar Konqo Demokratik Respublikasında bütün ebola xəstələrinin müalicəsində istifadə ediləcək.

 

Dərmanların sınanmasına sponsorluq edən ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu nəticələri "Ebola ilə mübarizədə yaxşı xəbər" olaraq xarakterizə edib.

Müəllif: Ayna.az