Əl-Bağdadinin bacısı saxlanılıb

Dünya

05.11.2019 - 07:53

“Rəsmiyə Avad Azaz kəndi yaxınlığında tutulub"

 

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin bacısını saxlayıb.

 

AYNA xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyə hakimiyyətinin yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.

 

“Rəsmiyə Avad Azaz kəndi yaxınlığında tutulub. Əl-Bağdadinin bacısından İŞİD-in daxili fəaliyyəti ilə bağlı dəyərli məlumatları öyrənməyə ümid edirik”, - deyə agentlik həmin mənbənin sözlərini sitat gətirib.

 

Hazırda İŞİD liderinin bacısı sorğulanır. “Reuters”in məlumatına görə, R.Avadla birgə əri və gəlini də saxlanılıb.

 

Müəllif: Ayna.az