NATO Ukrayna üzərində Rusiya hədəflərini vurmaq təklifini dəstəkləməyib

Dünya

26.11.2026 - 09:05

"NATO bunu heç bir şəkildə dəstəkləmir. Bu, çoxsaylı fəsadlar yaradacaq"

Polşa NATO-nun Ukrayna üzərində Rusiya raketlərini və pilotsuz təyyarələrini vurmaq təklifini dəstəkləməyib. Çünki bu, "çoxsaylı fəsadlar" yarada bilər. AYNA.AZ xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Polşa Milli Müdafiə Nazirinin müavini Sezari Tomçik qeyd edib ki, Ukrayna ərazisi üzərində Rusiya hədəflərinə qarşı tədbirlərlə bağlı müzakirələr bir neçə aydır davam edir. Lakin Alyans belə bir təklifi dəstəkləmir.

"NATO bunu heç bir şəkildə dəstəkləmir. Bu, çoxsaylı fəsadlar yaradacaq", Tomçik deyib.

Onun sözlərinə görə, ilkin danışıqlarda belə bir prosedurun "qeyri-mümkün" olduğu qənaətinə gəlinib.

Belə bir həllin tətbiqi üçün Ukraynanın razılığı, xüsusən də xəbərdarlıqların verilməsi və müttəfiqlərin Ukrayna hava məkanına girişinin təmin edilməsi tələb olunacaq. Lakin bütün NATO üzvlərinin yekdil qərarı həlledici olacaq.

Polşa müttəfiqlərindən NATO ərazisinə doğru irəliləyən Rusiya raketlərini Ukrayna ərazisi üzərindən tutmağı nəzərdən keçirmələrini istəyib. Bu tələb Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı üç Rusiya raketi Polşa hava məkanını pozduqdan sonra edilib.

Xatırladaq ki, Polşa hökuməti bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər ölkənin şərqində uçuşa qadağan zona tətbiq etməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş