Binəqədidə bir ayın içində 9 və 11 yaşlı iki bacı vəfat edib

Xəbərlər

25.11.2026 - 19:12

TƏBİB məlumat yayıb

07.11.2026-cı il tarixində saat 09:35 radələrində və 22.11.2026-cı il tarixində saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb. AYNA.AZ APA-ya istinadən bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.

Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş