Kestutis Budris: “Azərbaycan bizim üçün açar ölkədir”

Xəbərlər

25.11.2026 - 17:58

“Orta Dəhlizdən istifadə etmək istəyirik”

Avropa İttifaqının Azərbaycanla münasibətlərinin daha da inkişaf etdirilməsi mümkündür.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Azərbaycan Cənubi Qafqazda bizim üçün açar ölkədir. Eyni zamanda, Azərbaycan vasitəsilə Mərkəzi Asiya ilə əlaqələrimizi daha da yaxınlaşdırırıq. Bunun üçün sabit iqtisadi mühitin olması vacibdir. Biz Rusiyadan keçən tranzit marşrutlarından yayınmaq və Orta Dəhlizdən istifadə etmək istəyirik. Bunun üçün investisiyalara ehtiyac var”, - Litva XİN rəhbəri vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş