Bakıda 23 məktəbə yeni direktor təyin edilib

Xəbərlər

25.11.2026 - 15:06

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 23 ümumtəhsil müəssisəsinə yeni direktor təyin olunub. AYNA.AZ xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib.

Qeyd edilib ki, MÜTDA-nın müvafiq əmrinə əsasən, 2026-2027-ci tədris ili ərzində isə paytaxt üzrə ümumilikdə 27 ümumtəhsil müəssisəsinə direktor təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş