"Sabah" bu gün "Barselona”nı qəbul edəcək

İdman

25.11.2026 - 11:51

Bakı klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək

“Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxacaq.

AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın yetirmələri V tur çərçivəsində “Barselona”nı qəbul edəcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, “Sabah” keçirdiyi 4 oyundan sonra 3 xalla turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb. “Barselona” isə 9 xalla 8-ci yerdədir.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

21:45. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)

Stadion: Bakı Olimpiya Stadionu

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş