Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid olub

Dünya

25.11.2026 - 00:01

“Helikopterdə xidmət edən 5 qəhrəman silahdaşımız şəhid olub”

Türkiyənin Eskişehir vilayətində baş vermiş helikopter qəzası nəticəsində 5 nəfər şəhid olub.

AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Eskişehirdə təlim uçuşu zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrimizə məxsus helikopterdə xidmət edən 5 qəhrəman silahdaşımız şəhid olub” - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş